Qıvraq qəsəbəsində 38 yuxarı sinif şagirdi flüoroqrafik müayinədən keçib

2022-04-29 / 12:49:57

Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq yeniyetmələr arasında vərəmin profilaktikasını və vaxtında aşkar edilməsini təmin etmək üçün muxtar respublika ərazisində IX-XI sinif şagirdlərinin profilaktik flüoroqrafik müayinələri davam edir.

Bu tədbirin Kəngərli rayonunda da mütəşəkkil keçirilməsi üçün kənd məktəblərində müayinələrə cəlb olunacaq uşaqların siyahıları tərtib olunub. Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən aparılan növbəti profilaktik flüoroqrafik müayinələr rayonunun Qıvraq qəsəbə tam orta  məktəbini əhatə edib. Aprelin 27-da məktəbin 38 şagirdi, 4 müəllimi, 1 texniki işçisi olmaqla 43 nəfər flüoqrafiya müayinəsindən keçirilib. Xəstəlik halları aşkar edilməyib. Müayinələr zamanı maarifləndirici söhbətlər də aparılıb.

Qeyd edək ki, flüoroqrafiya sinə orqanlarının xəstəliklərini - vərəm, sətəlcəm, rentgen şüalarından istifadə edərək onkoloji xəstəlikləri erkən aşkarlamaq üçün bir üsulu, ciyərlərinizin anlıq görüntüsüdür. Bu müayinə ən çox profilaktik məqsədlə - vərəmin yayılmasının qarşısını almaq üçün edilir. Bununla birlikdə, fluorografi, inkişafın erkən mərhələlərində onkoloji xəstəlikləri və digər xəstəlikləri aşkar edə bilir, ağciyərlərdə və sinədə patologiyaların müəyyənləşdirir.

Muxtar respublikada yoluxucu xəstəliklərlə mübarizə işi səhiyyənin prioritet sahələrindən biridir. Əhalinin müxtəlif qrupları arasında xəstələnmə və ölüm səviyyəsinin azaldılmasına yönəldilmiş immunprofilaktikaya dair çox vacib proqramların həyata keçirilməsi də bunu təsdiq edir. Nəticədə, bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalıb, bir neçə infeksion patologiya isə tam ləğv olunub.

Müayinələr may ayının sonunacan davam edəcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti