Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində uşaqların kütləvi tibbi profilaktik müayinələri aparılır

2022-04-29 / 12:25:03

Aprelin 1-dən muxtar respublikada məktəbyaşlı uşaqların kütləvi profilaktik müayinəsinə başlanılıb. Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində uşaqların kütləvi tibbi profilaktik müayinələrini davam etdirirlər.

Pediatr, oftalmoloq, stomatoloq, cərrah, LOR, nevropatoloq və digər ixtisaslı həkimlərdən ibarət briqada ötən gün Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdlərini dərin tibbi müayinələrə cəlb edib. Tibbi müayinələr zamanı müalicəyə ehtiyacı olan uşaqlar ixtisas həkimlərinə yönləndirilib.

                           

Muxtar respublikada icbari tibbi müayinələrin keçirilməsi uşaq xəstəliklərinin erkən aşkar edilməsinə, onlar arasında yayılan patalogiyaların profilaktikasına və sağlamlıqlarının qorunmasına xidmət edir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti