Aprel ayında qurd invaziyalarına görə aparılan müayinənin nəticələri

2022-04-29 / 12:17:26

Uşaqlar əksər hallarda 3-12 yaşlarında qurd xəstəliklərinə (helmintozlar) yoluxurlar. Uşaq orqanizmində eyni zamanda bir neçə növ helmintlər parazitlik edə bilərlər. Buna görə də qurd invaziyilarına qarşı mübarizə səhiyyənin prioritet istiqamətlərindən sayılır.

Bu sahədə muxtar respublikamızda da ardıcıl tədbirlər həyata keçirilir. Aprel ayında qurd invaziyalarına görə 904 nümunə götürülmüş, onlardan 693-ü təmiz çıxmış, 211 xəstə sayı müəyyənləşmişdir.

Helmintoza görə 14,  10,   11 nömrəli tam orta məktəblərə,  1, 7 nömrəli uşaq bağçalarına, Kəngərli   və Sədərək rayon gigiyena və epidemiologiya şöbələrinə 71 qutu Mebendazol dərman preparatları paylanmışdır.