Tibb kollecində “Azərbaycanda multikulturalizm”mövzusunda tədbir keçirilib

2022-04-29 / 12:12:29

 

     Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq  bildirib ki, Azərbaycan “Tolerant ölkədən tolerant dünyaya doğru” şuarının reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirib. Həm buna tarixi-mənəvi haqqı olması, həm beynəlxalq nüfuzu, həm də gələcəyə yönəlik planları  nöqteyi-nəzərindən  Azərbaycanın qarşısına  belə bir məqsət  qoyması təbii və zəruri prosesdir.

    Eyni zamanda Azərbaycan höküməti tolerantlıq, multikulturalizm,  dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirib.

      Azərbaycan Respublikasında  multikultural ənənələrin qorunması sahəsində görülən işlərlə bağlı gənc nəslin məlumatlandırılması , gənclərdə xalqarası , dinlərarası, qarşılıqlı hörmət və ehtimad münasibətlərinin yaranmasının təbliğinin  təşkil olunması əsas vəzifələrdəndir.

   Tolerantlıq hüquqi dövlətin yox, mədəni və mənəvi cəhətdən inkişaf etmiş cəmiyyətin məhsuludur. Bu gün azərbaycanı və azərbaycanlıları  fərqləndirən

xüsusiyyətlər məhz budur.

Sonra kollecin müəllimi Nigar Səfərova “Azərbaycanda  multikulturalizm” mövzusunda çıxış etmişdir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti