Bu il yanvarın 5-dən aprelin 15-dək 8 min 315 obyektdə 3 milyon 317 min 520 kvadratmetr dezinfeksiya işləri aparılıb

2022-04-27 / 12:12:36

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Gigiyena və Epidemiologiya Mərkəzinin,  Dövlət Baytarlıq Xidmətinin, eləcə də digər idarə və müəssisələrin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında viruslara yoluxmanın qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə yanvar ayından aparılan intensiv qabaqlayıcı profilaktik tədbirlərdavam edir.Bütün yaşayış məntəqələrində və əhali sıxlığı müşahidə olunan yerlərdə qrafikə uyğun tibbi-profilaktik tədbirlər, o cümlədən dezinfeksiya tədbirlərinin növbəti mərhələsi həyata keçirilib.

 Belə ki, yanvarın 5-dən aprelin 15-dək muxtar respublikada 8315 obyektdə 3 milyon 317 min 520 kvadratmetr dezinfeksiya işləri aparılıb

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti