Sərnişinləri qarşılayan və yola salan şəxslər hava limanının terminalına daxil ola biləcəklər

2022-03-09 / 12:46:51

Martın 6-dan etibarən sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə icazə veriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərarında bildirilib.

Qərara əsasən, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, masaj xidmətlərinin göstərilməsinə də icazə verilir.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən xidmətlərdən (işlərdən) yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilər.