Həkim ambulatoriyasında əhaliyə hərtərəfli səhiyyə xidməti göstəriləcək

2018-09-15 / 16:44:07

Sentyabrın 15-də Şərur rayonundakı İbadulla kəndində bir sıra obyektlər istifadəyə verilib.Onların sırasında İbadulla kəndində həkim ambulatoriyası da vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi mətbuat xidmətinin məlumatını sizə təqdim edirik:

http://www.serqqapisi.az/images/2018-Y/09/16/121.jpg

Bu gün muxtar respublikada səhiyyənin inkişafı diqqət mərkəzindədir. Müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edib.
Sentyabrın 15-də İbadulla kəndində həkim ambulatoriyasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali­ ­Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, tibbi xidmətin təşkili ilə ­maraqlanmışdır. Bildirilmişdir ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada 8 xidməti otaq, o cümlədən baş həkim, stomatoloq üçün kabinə, fizioterapevtik kabinə, doğuş, manipulyasiya-peyvənd, mama, qeydiyyat otağı və aptek vardır. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, mikroskop, sentrifuqa, hemometr, qlükometr və digər tibbi avadanlıqlar qoyulmuşdur.
 

http://www.serqqapisi.az/images/2018-Y/09/16/119.jpghttp://www.serqqapisi.az/images/2018-Y/09/16/120.jpg

 


Fizioterapevtik kabinə isə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksəktezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təmin edilmişdir. Yaradılan şərait tibbi xidmətin yüksək səviyyədə təşkilinə imkan verir.
Həkim ambulatoriyasında qeydiyyat elektron formada aparılır. Burada quraşdırılan kompüter Şərur rayonunun səhiyyə informasiya sisteminə qoşulmuşdur. Qeydiyyata alınan və müayinə olunan xəstələr haqqındakı məlumatlar, eyni zamanda mərkəzə də ötürülür.
Bu ilin ötən dövründə İbadulla kəndində 17 uşaq doğulmuşdur. Hazırda 12 hamilə qadın qeydiyyatdadır və onlara mütəmadi patronaj xidmət göstərilir. Eyni zamanda peyvənd işi də diqqətdə saxlanılır, uşaqlar vaxtlı-vaxtında peyvənd olunurlar.
Ali Məclisin Sədri İbadulla Kənd Həkim Ambulatoriyasının nümunə olduğunu bildirmiş, sakinlərin sağlamlığının daim diqqət mərkəzində saxlanılması, peyvənd və patronaj işinin təşkili, səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar vermişdir.

                                                                                                                                                                         

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti