İyunun 9-da 503 nəfərə koronavirusa qarşı vaksin vurulub

2021-06-10 / 10:44:20

İyunun 9-da muxtar respublikada xüsusi işçi qrupu tərəfindən 503 nəfər “Sinovac” vaksininə cəlb edilib.

Birinci mərhələ üzrə vaksin vurduranların  sayı 394, ikinci mərhələ üzrə peyvənd olunanların sayı  109  nəfərdir. Vaksinasiyada heç bir narahatlıq müşahidə olunmayıb.                                                     

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti