Yoluxucu xəstəliklərlə mübarizə və profilaktika tədbirlərinə dair maarifləndirici tədbir

2019-06-13 / 16:43:10

  İyunun 13-də Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin təşkilatçılığı ilə yoluxucu xəstəliklərlə mübarizə və  profilaktika tədbirlərinə dair maarifləndirici tədbir keçirilib. Babək Rayon Mərkəzi Xəstəxanasında baş tutan tədbiri  baş həkim Asiman Yusifov giriş sözü ilə açıb.

 

 

  Sonra Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim- infeksionistləri Süleyman Cabbarov “Virus B, C hepatitlərinin yayılma yolları, diaqnostika və müalicəsi”, Adil İbrahimov “Mədə-bağırsaq sistemininin ifeksion xəstəliyi- dizenteriya”, pediatr Abbas Əliyev ”Qızılca, suçiçəyi və onlardan qorunma yolları” mövzularında çıxış ediblər.

 

 

  Bildirilib ki, son         illər yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər nəticəsində, vaxtaşırı olaraq qonşu ölkələrdə və ümumiyyətlə regionda müşahidə edilən epidemioloji gərginliyə baxmayaraq, muxtar respublikamızda epidemioloji sabitliyin təmin edilməsinə şərait yaranmışdır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, isti yay günlərində bir sıra yoluxucu viruslar kəskin xroniki xəstəliklər törədərək insanların sağlamlığında ciddi pozuntular yaradır. Həmin viruslara yoluxmuş insanlar bəzən bundan xəbərsiz olur, diaqnozu təyin edilmir və müalicəsi aparılmır. Yalnız virusların müxtəlif formaları, onların qarşısının alınması və müayinə və protokol müalicələri  yolları, profilaktikası barədə maarifləndirməni genişləndirməklə insan həyatını xilas etmək olar.

 

 

  Çıxışlar video-süjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, müzakirələr aparılıb. Rayonun müxtəlif kənd,qəsəbə və yaşayış məntəqələrini təmsil edən tədbir iştirakçılarını  maraqlandıran suallar cavablandırılıb.

 

        Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti