Naxçıvanda orta ömür uzunluğu artıb

2018-09-13 / 17:28:40

      NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar respublikasında həyata keçirilən səhiyyə islahatları nəticəsində 1 yaşa qədər uşaqlar arasında ölüm sayı kəskin şəkildə aşağı düşüb. Belə ki, hər 1000 nəfər hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1995-ci ildə 20,6 nəfər idisə, 2016-cı ildə bu göstərici 1,5 nəfər təşkil edib. Cari ilin ötən yarımilində 2 min 445 uşaq doğulub. Təbii artım isə 1463 nəfər olub.

     Səhiyyənin inkişafı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatı və digər bu kimi mühüm tədbirlər əsas demoqrafik göstərici olan orta ömür uzunluğunun artımına da ciddi təkan verib. Belə ki, 1995-ci ildə muxtar respublikada orta ömür uzunluğu 69 yaş, o cümlədən kişilərdə 65,3, qadınlarda isə 72,5 yaş təşkil edirdisə, 2016-cı ilin yekun nəticələrinə görə, bu göstərici 78,6 yaş, o cümlədən kişilər üçün 76,3, qadınlar üçün isə 80,9 yaş səviyyəsində olub.

                                                                                                                                                                                     

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti