Naxçıvanda növbəti açıq ürək əməliyyatları aparılıb

2019-05-31 / 14:14:33

  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili həyata        keçirilir.

 


    Yaranmış ənənə cari ildə də davam etdirilir. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Ürək damar cərrahiyyə şöbəsinin müdiri Mirəli Məcidov və ATU Tədris Cərrahiyyə klinikasının Ümumi Reanimasiya şöbəsinin şöbə müdiri Cavid Paşayev may ayında Naxcıvan Diaqnostika-Müalicə Mərkəzi Publik Hüquqi Şəxsində ezamiyyətdə olublar. Yerli həkimlər tərəfindən müayinə olunaraq qeydiyyata götürülmüş və əməliyyatı planlaşdırılmış 4 xəstə üzərində  aorta koronar şuntlama əməliyyatları aparılıb və  damar dəyişdirilib.

 

 

  Əməliyyatdan sonrakı  mərhələdə ağırlaşma müşahidə edilməyib və xəstələr kardiorenimasiya şobəsindən kardicərrahiyyə şobəsinə köçürülüb. Əməliyyatdan sonrakı müalicə prosedurları həkimlərin nəzarəti altında təyinata uyğun davam etdirilir.

   Qeyd edək ki, Naxcivan Diaqnostika Müalicə Mərkəzi kardiocərrahiyyə şöbəsinin müdiri İntiqam Fətullayev və  orta tibb heyəti  əməliyyatlarda yüksəkixtisaslı həkimlərlə birgə iştirak ediblər.

 

                          Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti