Tibb Kollecinin tələbələri Türkiyədə təcrübə kursu keçiblər

2019-05-23 / 12:16:06

  Naxçıvan  Tibb  Kollecinin müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələri Türkiyə  Respublikasının  Ankara  şəhərində  yerləşən Halide Edip Mesleki və Teknik Anadolu Lisesində bir aylıq təcrübə kursu keçiblər.           

 

 

 

 

              

     

   2 müəllim və 10 tələbədən ibarət heyət liseyin Yenimahalle Yıldırım Beyazit Eğitim və Araşdırma  Xəstəxanasının hamiliyinə verilib.Heyət xəstəxananın rəhbərliyi ilə görüşüb, tələbələrə bu səhiyyə müəssisəsi   barədə məlumat verilib, müxtəlif müalicə-proflaftika proseslərini onlayn izləmələrinə   şərait  yaradılıb.  

 

 

 

       Tibb bacısı ixtisası üzrə təhsil alan tələbələr daxıli və yoluxucu xəstəliklər, təcili təxirəsalınmaz yardım və endoskopiya  bölmələrində təcrübə keçiblər.  Tələbələr xəstələrin qeydiyata alınması, yataq xəstələrinə qulluq,  xəstələrin əməliyyata hazırlanması, əməliyyatdan sonra xəstəyə qulluq, gündəlik təyinatların yerinə yetirilməsi, endoskopiya bölməsində xəstələrin müayinəyə hazırlamnası qaydalarını öyrəniblər. Laborator diaqnostika ixtisası qrupunun tələbələri isə mikrobiologiya, patologiya, hematologiya və biokimya laboratoriyalarında nümunələrin əkilməsı, boyanması, antibiotiklərə həssaslıq testlərinin qoyulması qaydaları, patologiya laboratoriyasında nümunə və ya çıxarılmış orqanlardan alınan materialların kəsilməsi, parafinə yatırılması, qurudulması, boyanması və xüsusi avadanlıqlarla daha kiçik hissələrə kəsilməsi qaydalarını öyrəniblər. Biokimya və hematologiya bölmələrində  tələbələr laborantlarla birgə avadanlıqlara reaktivlərin yerləşdirilməsi, periferiyadan alınan qandan yaxma  hazırlanması, qan nümunələrinin müxtəlif laborator cihazlara yerləşdirilməsi,  nəticələrinin alınması  və kompüter sisteminə yerləşdirilməsində iştirak ediblər.

 

 

   Səfər çərçivəsində tələbələrin Ankara şəhərinin tarixi-mədəni yerlərinə ekskursiyaları da təşkil olunub.   

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti