Həkim briqadaları kəndlərdə profilaktik tibbi müayinələr aparıblar

2019-05-20 / 15:30:25

     Muxtar respublika əhalisinin sağlamlığının mühafizəsi, dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə həkim briqadaları şəhər, qəsəbə və kəndlərdə, ümumtəhsil məktəblərində kütləvi profilaktik müayinələri       davam etdirirlər.
  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin terapevt, pediatr, nevropatoloq, kardioloq və laboranrlardan ibarət həkim briqadası  Kəngərli rayonunun Çalxanqala kənd həkim ambulatoriyasında 48 nəfəri tibbi müayinədən keçirib. Bir nəfər ağır xəstəyə ev şəraitində tibbi yardım göstərilib.

 

 

Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülüb, onlara ambulator kartlar açılıb. Kənd üzrə endokrinoloji, nevroloji və digər xəstəliklər üzrə dispanser qeydiyyatında duran xroniki xəstələrin sayı dəqiqləşdirilib. Əhali arasında ürək-damar, yoluxucu, dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, yoluxucu, ginekoloji xəstəliklər, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti, qohumluq nikahının və zərərli vərdişlərin hamiləliyə ziyanı barədə səhiyyə maarifi işləri aparılıb, uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilib. Peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodiki kömək göstərilib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti