Tibbi statistikaya dair təkmilləşdirmə kursu başa çatıb

2019-05-16 / 16:31:42

   Mayın 16-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrin tibbi statistləri üçün keçirilən kurs başa çatıb.18 günlük kursda 18 tibbi statist iştirak edib. Kurs müddətində statistik qeydiyyatın və məlumatların işlənilməsi, statistik hesabatların hazırlanması, təşkilat daxilində statistik sənəd dövriyyəsinin, bölmələrdə cari ilin operativ statistik sənədlərinin səmərəli təşkili, səhiyyənin konkret məsələləri üzrə tədqiqat proqramının tərtibi, tibbi statistika üzrə müşavirələrin,məşğələ və seminarlarin aparılması, həftəlik, aylıq, rüblük ilkin statistik informasiyaların təhlili düqqət mərkəzində saxlanılıb.Naxçıvan Tibb Kollecində keçirilən kurs Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi statistika və informatika sektorunun aparıcı məsləhətçisi Xavər Babayeva tərəfindən apaılıb. Kursda həmçinin müdavimlərin əsas statistik metodlardan - kombinasiya cədvəlləri, qrafik təsvirlər, dinamikada müqayisələr, standartlaşdırmadan istifadə etməklə, müalicə və profilaktika işinin keyfiyyət göstəricilərini, dispanserləşdirmənin göstəricilərini əldə emək və qiymətləndirmək bacarıqlarının yüksəldilməsi başlıca məqsəd daşıyıb.

         Sonda müdavimlərə sertifikatlar təqdim olunub.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti