Bruselyoz xəstəliyinə qarşı profilaktik tədbirlər davam etdirilir

2019-05-15 / 16:50:39

  Son   illər yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər nəticəsində muxtar respublikada epidemioloji sabitlik təmin edilmişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, yoluxucu xəstəliklərin virusları kəskin xroniki xəstəliklər törədərək insanların sağlamlığında ciddi pozuntular yaradır. Brusellyoza yoluxmuş insanlar bəzən bundan xəbərsiz olur, diaqnozu təyin edilmir və müalicəsi aparılmır. Onların səbəbindən baş verən ağırlaşmalar bir sıra hallarda əlilliyə və ya ölümə də səbəb ola bilir. Odur ki,əhali arasında tibbi  profilaktik tədbirlər müntəzəm olaraq davam etdirilməli, geniş səhiyyə maarifi işi aparılmalıdır.

  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq ötən illərdə olduğu kimi bu il də bruselyoza yoluxmanın qarşısının alınması məqsədi ilə  profilaktik tədbirlər keçirilir. Növbəti belə tədbir Kəngərli rayon Gigiyena və Epidemialogiya Mərkəzi tərəfindən təşkil edilib  və rayon ərazisində marifləndirmə və brüselyoz ocaqlarının aşkar edilməsi işinə başlanılıb. İlk olaraq Şahtaxtı kəndində 50 nəfər şəxs arasında marifləndirmə işləri aparılaraq müayinə olunmaq üçün qan nümunələri götürülüb. Sonrakı mərhələdə nümunələri müsbət çıxan vətəndaşlar Gigiyena və Epidemialogiya mərkəzinə dəvət edilərək müalicəyə cəlb olunacaqlar. Rayonun Baytarlıq xidməti ilə də mütamadi olaraq əlaqə saxlanılaraq brüselyoz ocaqlarının məhv edilməsini və yoluxmanın sıfıra endirilməsi baxımından birgə işlər görülür. Kəngərli Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Coşqun Babayev  bildirib ki, xəstəlik mənbəyi tapıldıqdan sonra baytarlıq idarəsi ilə birgə həmin mənbə ləğv edilir, təmas qrupu heyvanlar yoxlanılıb profilaktiki peyvəndə cəlb olunurlar. Ət-süd məhsullarının istər topdan, istərsə də pərakəndə satış məntəqələrində sanitar baytarlıq tədbirləri gücləndirilir, termik emalı nəzarətdə saxlanılır. Heyvandarlıq sahəsində iri və xırdabuynuzlu heyvanların bruselyoza görə yoxlanması və həmin heyvanların vaxtında profilaktiki peyvəndlərlə təmin edilməsi də həyata keçirilən birgə tədbirlər sırasındadır.

  Zoonoz infeksiyalarının, xüsusilə brüselyoz xəstəliyinin profilaktikası üçün sanitar maarif işləri ilboyu davam etdiriləcək.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti