Şərur rayonunda uşaqların dərin tibbi müayinələri yekunlaşıb

2019-05-14 / 10:50:40

  Şərur rayon Uşaq Xəstəxanasının həkimləri tərəfindən rayonun tam orta məktəblərində və Şərur Şəhər Uşaq Bağçasında uşaqlar arasında aprel-may ayları üçün nəzərdə tutulan dərin tibbi müayinələr yekunlaşıb. Aprel-may ayları davam edən müayinələr əvvəlcədən tərtib olunan cədvəllərə uyğun həyata keçirilib. Müayinələrə ümumilikdə 9 minə yaxın uşaq cəlb olunub. Pediatr, oftalmoloq, stomatoloq, cərrah, LOR və digər ixtisaslı həkimlərdən ibarət briqada tərəfindən dərin tibbi müayinələr aparılıb.

 

 

  Müayinələr nəticəsində xəstəlik aşkar olunan uşaqlar dispanser qeydiyyata götürülərək əlavə müayinə və müalicə üçün Şərur rayon Uşaq Xəstəxanasına və Naxçıvan Muxtar Respublika Xəstəxanasına göndərilib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti