Culfa Rayon Mərkəzi Xəstəxanasında bir gündə 35 cərrahi əməliyyat aparılıb

2019-05-10 / 12:21:19

 Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimləri tərəfindən Culfa rayonunda    humanitar   tibbi  aksiya keçirilib.    

 Növbəti aksiyada həkim – cərrahlardan Zəbur Bağırov, Etibar Bababəyli, Səfər Qədimov, Fərman Novruzov, Tərlan Allahverdiyeva ümumilikdə 33 nəfərdən ibarət  tibbi heyət iştirak edib. Aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstələrin siyahısı hazırlanıb və xəstəxanaya dəvət olunublar.

 

 

  Yüksəkixtisaslı heyət 78 nəfəri ambulator müayinələrdən keçirib. Cərrahi müdaxiləyə ehtiyacı olan 35 xəstə üzərində əsasən hemorroidoektomiya, fimoz, LOR, öd kisəsi və başqa əməliyyatlar aparılıb. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr palatalara köçürülüb, bir günlük müşahidədən sonra evlərinə buraxılıb. Culfa rayonunun Yaycı kəndindən Həmzə Əliquliyevin iki övladı ambulator tibbi müayinələrlə əhatə olunub. Valideyn övladlarının başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində əməliyyat olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.

 

   Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti