Tibbi xidmətlərdə 20 faiz güzəşt ediləcək

2019-05-06 / 11:58:16

  Azərbaycan Respublikasının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Diaqnostika-Müalicə Mərkəzi Publik Hüquqi şəxsində vətəndaşlara göstəriləcək tibbi xidmətə bayram güzəştlər ediləcək. Bu tədbirə artıq may ayının 1-dən start verilib və 2019-cu il mayın 31--dək davam edəcək. Ay ərzində vətəndaşlara göstəriləcək tibbi xidmətlərə 20 faiz həcmində güzəştlər olunacaq.
 Bu müddətdə vətəndaşlar Diaqnostika-Müalicə Mərkəzində həyata keçirilən tibbi xidmətin ambulator, laborator müayinələrindən yararlana bilərlər. Pasiyentlərə ay ərzində stasionar müayinə-müalicə təminatı da verilir. Onlar  həmçinin cərrahi xidmətlərlə əhatə ediləcək      və həkim məsləhəti        alacaqlar.
 Vətəndaşlar Naxçıvan Muxtar Respublikasının Diaqnostika-Müalicə Mərkəzi Publik Hüquqi şəxsində yaradılmış bu imkanlardan istifadə etməklə sağlamlıqlarının etibarlı şəkildə qorunmasına xidmət edə bilərlər.

 

                                                                     Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti