Həmyerlimiz Beynəlxalq Endoskopik Laparoskopik Cərrahiyyə Konfransında iştirak edib

2019-04-29 / 15:36:07

  Beynəlxalq Endoskopik Laparoskopik cərrahiyyə dərnəyinin təskilatçılığı ilə bu il aprel ayının 19  – 22  tarixlərində Şimali Kipr Türk Respublikasında 14-cü  Endoskopik Laparoskopik Cərrahiyyə Konfransı keçirilib.  Türkiyə Endoskopik cərrahiyyə dərnəyinin sədri Prof. Dr. Levent Avtanın dəvəti ilə Naxçıvan  Diaqnostika Müalicə Mərkəzinin həkim cərrahi Nazim İbrahimov da bu konfransda istirak edib.    

 

              

 

  Gənc mütəxəssis bildirib ki, tədbir təbabətin ən müasir nailiyyətlərindən biri olan Laparoskopik cərrahiyyəyə həsr olunub. Tədbiri keçirməkdə əsas məqsəd dünyada aparılan əməliyyatların və tibb yeniliklərin Azərbaycanda da tətbiq edilməsinə dair ən müasir protokollarla mütəxəssisləri tanış etməkdir. Belə ki, bu konfransda dünyanın müxtəlif dövlətindən gəlmiş professorlar bizimlə öz təcrübələrini bölüşüblər. Beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrindən gəlmiş 100-ə yaxın iştirakçı var idi. Burada son illərdə inkişaf  edən texnologiyanın cərrahiyyədə yaratdığı imkanlar, bu texnologiyanın tətbiqi ilə aparılan ən son cərrahiyyə əməliyyatlar barədə ətraflı məlumatlar verilib. Konfrans müddətində klinik və nəzəri praktikalar keçirilib.

 

 

  Nazim həkim keçirilən praktika və məşğələlərdə fəal şəkildə iştirak edib və sertifikat alıb. O, Naxçıvanda həyata keçirilən endoskopik cərrahiyyə ilə əlaqədar təcrübələrini bölüşüb. Bildirib ki,  hazırda Naxçıvan Diaqnostika Müalicə Mərkəzidə ən müasir tibbi avadanlıq, aparat və cihazların alınıb qurulması müxtəlif əməliyyatlarının kəmiyyət və keyfiyyət göstəricilərinə öz müsbət təsirini göstərir. Həmin tibbi cihazların köməyi ilə artıq bir neçə ildir ki, Endoskopik cərrahiyənin ən son metodları tətbiq edilməklə mərkəzimizdə qapalı prostat vəzinin adenoması əməliyyatı  (TUR), öd kisənin endoskopik əməliyyatları, (Laparoskopik xolesistektomiya) laparoskopik appendektomiya, Laparoskopik kistektomiya və bunun kimi bir sıra müasir cərrahiyyə əməliyyatları uğurla icra olunmaqdadır.

  Elm və səhiyyə sahəsinin daim inkişafda olduğunu nəzərə alsaq, belə konfranslarda iştirak etmək hər bir mütəxəssis üçün böyük əhəmiyyət kəsb edir. Beynəlxalq konfransda doğma Naxçıvanımızı təmsil  etməkdən qürur duyuram. Öyrəndiklərimi uğurla tətbiq etmək üçün  əlimdən gələni əsirgəməyəcəyəm.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti