Sələsüz kəndində uşaqlar tibbi müayinədən keçirilib

2018-08-24 / 15:27:56

 Ə.Əliyev adına Naxçıvan Мuxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası  Şahbuz rayonundakı Sələsüz kəndində uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirib.

http://naxcivantv.az/images/xeberler/2018/aprel/2-3/03/d1.jpg Pediatr, oftalmoloq,stomatoloq, ftiziatr, endokrinoloq və laborantlardan ibarət briqada http://naxcivantv.az/images/xeberler/2018/aprel/2-3/03/d2.jpg kəndin həkim ambulatoriyasında 30 nəfər uşağa tibbi xidmət göstərib, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülüb. 35 nəfər valideynlə səhiyyə maarifi işi aparılıb, uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilib.

Xəstələrə pulsuz dərman və sarğı materialları verilib, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodiki köməklik göstərilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti