Qurd xəstəliklərinə qarşı profilaktiki tədbirlər davam etdirilir

2019-04-22 / 12:28:54

 Muxtar respublikanın ibtidai məktəb şagirdləri arasında qurd xəstəlikləri infeksiyasının mövcudluğunu xeyli dərəcədə azaltmaq üçün helmintozlara qarşı mübarizə tədbiri davam etdirilir.

  Növbəti belə tədbir Kəngərli rayon Gigiyena və Epidemialogiya Mərkəzi tərəfindən təşkil edilib. Rayon ərazisində yerləşən ümumtəhsil müəsislərində azyaşlılarda parazitlərin qarşısının alınması məqsədi ilə “Mebendazol” adlı qurd əleyhinə dərman peraparatı paylanılıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tapşırığı ilə bu  dərman peraparatı  məktəblərin tibb məntəqələri  və Gigiyena Epidemialogiya Mərkəzi həkimlərinin nəzarəti altında həyata keçirilib.

  Dərmanlar paylanan zaman məktəblərdə marifləndici tədbirlər də təşkil edilib. Mərkəzin  direktoru Coşqun Babayev qurd xəstəlikləri və onların yarada biləcəkləri fəsadlar haqqında məlimat verərək bildirib ki, bu infeksiya 5-14 yaş uşaqlar arasında müşahidə olunur və vaxtlı-vaxtında müalicə olunmadığı təqdirdə bir sıra problem, o cümlədən boyatma göstəricisinə, mənimsəmə qabiliyyətinə və azqidalanmaya, dizenteriya və anemiya kimi xəstəliklərə gətirib çıxara bilər.

  Əgər uşaqda və ya ailənin digər üzvündə biz qurdu aşkar olunubsa, bütün ailə üzvləri müalicə olunmalıdır. Bundan əlavə evdə olan bütün səthlər yaxşı təmizlənməli, suya hər hansı gigiyenik vasitə əlavə etmək lazımdır. Yataq ağları və bütün ailə üzvlərinin alt paltarları qaynanmalı və iki tərəfdən qaynar ütü ilə ütülənməlidir. Askaridlərin aşkar olunması belə tədbirlərin görülməsini tələb etmir.

   Uşaqlar üçün tam zərərsiz olan “Mebendazol” dərman peraparatının əsasən ilkin və iki həftə sonra təkrar mərhələdə qəbul olunması nəzərdə tutulur. Rayon ərazisində bu sahədə aparılan tədbirlərin nəticəsi olaraq qurd xəstəlikləri infeksiyasının mövcudluğu minimuma yensə də  profilaktikanı istisna etmir. İlin ilk rübündə 400-ə dək azyaşlı uşaq müayinədən keçirilib.

    

 Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti