Koronavirus nədir?

2020-08-21 / 16:48:04

Koronavirus , əvvəllər insanlarda aşkar edilməyən yeni ştamdır. Covid -19 adını almış bu infeksiya 2019- cu ilin dekabrında Çinin Uhan şəhərində baş verən alovlanmadan sonra aşkar edilmişdir.

 

O nə qədər təhlükəlidir?

Digər respirator xəstəliklərdə olduğu kimi Covid -19 infeksiyasının simptomları yüngül olmaqla və özünü zökəm , boğaz ağrısı ,öskürək və temperaturun yüksəlməsi ilə büruzə verə bilər.

Bir sıra insanlarda o , daha ağır pnevmaniya və ya tənəffüs çatışmazlığı ilə keçə bilər. Bəzi hallarda xəstəlik ölümlə nəticələnə bilər.

Qeyd edilən virus xəstəliyinin ağır formasına düçar olmaq riski ahıl yaşlı, həmçinin artıq müəyyən patologiyaya məruz qalmış ( məsələn , diabet , ürək – damar xəstəlikləri ) insanlarda daha yüksək olur.

 

İnkubasiya ( gizli )dövrü nə qədər davam edir?

İnkubasiya ( gizli) dövrü - yoluxma və xəstəliyin kliniki əlamətlərinin yaranması arasında olan müddətdir.Mövcud olan məlumatlar COVİD -19 infeksiyasının inkubasiya dövrünün 14 günə qədər olduğunu göstərir. Diaqnozu təsdiqlənmiş xəstələrlə təmasda olan insanlara ÜST tərəfindən tövsiyə edilən tibbi müşahidə müddəti ( karantin ) 14 gün təşkil edir.

 

Özümü necə qoruya bilərəm ?

Sağlamlığınızı qorumaq üçün aşağıdakı qaydalara əməl edin :

  1. Əllərinizi müntəzəm olaraq spirt əsaslı vasitələrlə silin və ya sabunla yuyun.

Bu nə üçün lazımdır ? Əgər əllərin səthində virus varsa, bu zaman əlin spirt əsaslı vasitə ilə silinməsi və ya sabunla yuyulması onu məhv edəcək.

2.İctimai yerlərdə məsafəni gözləyin – insanlardan ən azı 1 metr məsafədə dayanın .

Bu nə üçün lazımdır ? COVİD -19 infeksiyası ilə xəstə olan insan öskürdükdə və ya asqırdıqda ətrafa tərkibində virus olan çox kiçik ölçülü damcılar yayır. Əgər siz belə insana yaxın durmusunuzsa , bu hava ilə nəfəs aldıqda virusa yoluxa bilərsiniz.

3.Tam təmizliyə əmin olmadığınız əllərinizlə gözlərinizə , burun və ağzınıza toxunmayın.

Bu nə üçün lazımdır ? Əllər virusun ola biləcəyi bir çox səthlərə toxunur . İnfeksiyalı əllərlə gözə, ağıza toxunduqda virusa yoluxma baş verə bilər.

 

Temperatur yüksəldikdə , öskürək meydana çıxdıqda və tənəffüs çətinləşdikdə ən qısa müddətdə tibbi yardım üçün həkimə ( 103 zəng edin ) müraciət edin !

Əgər siz COVİD -19 infeksiyasının qeyd olunduğu ərazidə olmuzunuzsa və ya belə bir səfərdə olmuş respirator xəstəlik əlamətləri olan hər hansı bir şəxslə sıx təmasda olmusunuzsa, bu haqda tibb işçisinə məlumat verin .

Bu nə üçün lazımdır ? Temperaturun yüksəlməsi ilə müşaiyət olunan tənəffüs orqanlarının zədələnməsi simptomlarının müxtəlif səbəbləri , o cümlədən xəstənin səfərlərindən və onun təmaslarından asılı olaraq COVİD -19 ola bilər.

 

Əgər sizdə tənəffüs orqanları xəstəliklərinin yüngül əlamətləri varsa və siz COVİD -19 infeksiyasının qeydə alındığı ərazilərdə olmamısınızsa , sizə respirator etiket qaydalarını və əllərin gigiyenasını gözləmək , imkan daxilində sağalan qədər evdə qalmaq tövsiyə olunur.

 

 

 

Virusdan qorunmaq üçün təkcə maska kifayət deyil

Tibbi maskada gəzmək bir neçə respirator xəstəliyin yayılmasını mədudlaşdırmağa kömək edə bilər . Lakin maska taxmaq infeksiya üçün zəmanətli maneə deyil və digər profilaktik tədbirlərdə , o cümlədən əl və tənəffüs orqanlarının gigiyenası, ən azı 1 metr məsafə saxlamaqla sıx təmasdan qaçmaq kimi tədbirlərlə birlikdə həyata keçirilməlidir.

 

Maskanı necə taxmalı, çıxarmalı və atmalı ?

1.Maskanı taxmazdan əvvəl əlləri spirt əsaslı vasitə ilə silin və ya sabunla yuyun.

2.Maskanı, üzlə maska arasında boşluq qalmadan , burun və ağzı örtmək şərti ilə taxın .

3.İstifadə zamanı maskaya toxunmayın; toxunduqda əllərinizi spirt əsaslı vasitə ilə silin və ya sabunla yuyun .

4.Maska nəm olduqda yenisi ilə əvəz edin və birdəfəlik maskalardan təkrar istifadə etməyin .

5.Maskanı çıxarmaq üçün : maskanı arxa rezinlərindən tutmaqla ( maskanın ön hissəsinə toxunmadan ) çıxarın ; dərhal tullantı üçün ağzı bağlanan konteynerə atın; əllərinizi spirt əsaslı vasitə ilə silin və ya sabunla yuyun .

 

Virus necə yayılır ?

COVİD -19 əsasən , yoluxmuş insanla təmasda olduqda , onun öskürməsi və ya asqırması zamanı tənəffüs yollarından ifraz olunan damcılar və ya burun ifrazatı və tüpürcəklə yayılan respirator infeksiyadır . Hər bir kəs üçün respirator etiket qaydalarına əməl etmək vacib şərtdir. Belə ki, asqırdıqda və öskürdükdə burun və ağzı bükülmüş dirsək və ya salfetlə örtmək , sonra isə dərhal həmin salfeti qapalı konteynerə atmaq lazımdır. Həmçinin əllərin müntəzəm spirt əsaslı vasitə ilə silinməsi və ya sabunla yuyulması böyük əhəmiyyət kəsb edir .

 

 

Virus səthlərdə nə qədər davamlıdır?

Virusun səthlərdə yaşama qabiliyyətinin davamlılığı tam müəyyən edilməmişdir, lakin ilkin məlumatlar onun həyat qabiliyyətini bir neçə saatdan 2-3 sutka müddətində saxladığını göstərir.

Virusu məhv etmək və insanların yoluxmasının qarşısını almaq üçün xlor tərkibli yaxud spirt əsaslı dezinfeksiyaedicilərdən istifadə etmək olar.

 

 

COVİD-19 infeksiyası ilə qrip və soyuqdəymənin fərqi

Temperaturun yüksəlməsi ,öskürək və zökəm COVİD -19 infeksiyasında olduğu kimi , qrip və soyuqdəymə üçün də səciyyəvi əlamətlərdir.

Bir çox əlamətlərin oxşarlığına baxmayaraq ,bu xəstəlikləri müxtəlif viruslar törədir.Yoluxmuş insanda COVİD-19 virusun təstiqlənməsi üçün laborator müayinələrin aparılması vacibdir.