Ordubadda ana və uşaqların sağlamlığının qorunmasına dair seminar-treninq keçirilib

2019-02-05 / 09:13:46

  Fevralın 1-də Ordubad Rayon Mərkəzi Xəstəxanasında ana və uşaqların sağlamlığının qorunmasına dair seminar-treninq keçirilib.Tədbiri giriş sözü xəstəxananın baş həkimi Elmar Zeynalov açıb.

   Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər muxtar respublikamızda bu sahədə mühüm tədbirlər həyata keçirilib, ana və uşaqlara tibb xidməti göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb. İstifadəyə verilən kənd həkim ambulatoriyalarının, feldşer- mama məntəqələrinin hər birində zəruri avadanlıqlarla təchiz edilmiş  doguş otaqları yaradılıb.

   Nazir müavini bildirib ki, səhiyyə nazirliyin bu ilin noyabr ayında keçirilən kollegiya ilcasında doğuşayardım xidmətinin yaxşılaşdırılması məqsədilə bir sıra vəzifələr müəyyənləşdirilib. Bununla bağlı rayonlarda ginekoloqların və mama tibb bacılarının iştirakı ilə seminarların keçirilməsinə başlanılıb. Babək, Culfa və Şahbuz rayonlarında keçirilən tədbirlərdə  müəyyən edilən vəzifələrin icrası istiqamətində mühüm işlər görülüb. Ginekoloji xəstəliklərin vaxtında aşkar edilməsi, qeydiyyatının aparılması, onların vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsi, aşkar edilən xəstəliklərin müalicə işinin düzgün və səmərəli qurulması üçün profilaktik müayinə tədbirləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması problemlərinə nəzarət  daha da gücləndirilib. Hamilələrin qeydiyyatı işinin daha da yaxşılaşdırılması məqsədilə mama-ginekoloji şöbələrdə hamilələrin elektron reysteri yaradılıb.İndi ucqar dağ və sərhəd kəndlərində də hamilələr barədə  reyestrə yerləşdirilən məlumatlar mərkəzə ötürülür və onlar doğuşayardım xidməti əhatə olunurlar.

   Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin sahə mama-ginekoloqu Vüsalə Babayeva hamilələrin reestrinin təşkilində müasir metodların tətbiqi ilə əlaqədar məlumat verib.

   Rayon mərkəzi xəstəxanası,kənd həkim ambulatoriyaları və feldşer-mama məntəqələrində fəaliyyət göstərən həkim-ginekoloqların, mama tibb bacılarının iştirak etdikləri treninqdə müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti