«Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya işinin təşkil edilməsi haqqında»

      «Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına və sərəncamlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 fevral 2011-ci il  tarixli 10-IV FR nömrəli fərmanının 21.2-ci bəndinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22 iyun 2011-ci il tarixli 65 saylı qərarının icrasını təmin etmək məqsədi  ilə

       əmr edirəm:

I. Praktik  tibb və  əczaçılıq  fəaliyyəti ilə  məşğul  olan səhiyyə  mütəxəssislərinin  sertifikasiya  işinin təşkilinin həyata keçirilməsi üçün aşağıdakı tərkibdə komissiya yaradılsın:  

   

1. Gəncəyeva Samrat Nurəddin qızı- Naxçıvan MR Səhiyyə nazirinin müavini-sədr

2. Cəfərov Süleyman Hüseyn oğlu - Naxçıvan  MR  Səhiyyə  Nazirliyinin  Tibbi  yardımın  təşkili şöbəsinin müdiri-üzv

3. Ağayev İbrahim Bəhram oğlu-   Naxçıvan  MR   Səhiyyə  Nazirliyinin  Tibbi  yardımın  təşkili şöbəsinin  baş məsləhətçi - pediatrı-üzv                                                                                                                                        

4.İbrahimova Səmayə  Qədirxan qızı- Naxçıvan  MR  Səhiyyə  Nazirliyinin Kadr, elm və təhsil   sektorunun müdiri-üzv

5. Kərimov Nüsrət Qüdrət oğlu  - Naxçıvan  MR  Səhiyyə  Nazirliyinin  Tibbi statistika və  informatika sektorunun aparıcı məsləhətçi-üzv                                                                                                                  

6.İbrahimov Səbuhi Vahid  oğlu - Naxçıvan  MR  Səhiyyə  Nazirliyinin  Aparatının  məsləhətçi – hüquqşünası-üzv

7.Rzayeva Yəmən Həsənalı qızı - Naxçıvan MR səhiyyə işçiləri  Həmkarlar İttifaqı  Komitəsinin sədri - üzv