Prezident Naxçıvanda yaşayan qadınları təltif edib - SƏRƏNCAM

2022-03-09 / 10:02:30

Prezident İlham Əliyev martın 7-də Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən qadınlar da vardır.

Prezidentin Sərəncamı ilə İmanova Mehriban Təyyar qızı və Rzayeva Yazgül Həsənəli qızı “Tərəqqi” medalı ilə təltif ediliblər.