Ali Məclisin Sədri Dövlət Agentliyinə direktor təyin edib - SƏRƏNCAM

2022-02-22 / 10:15:24

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 19-da Yavər Hacıyevin Naxçıvan Muxtar Respublikası Dövlət Ehtiyatları Agentliyinin direktoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Yavər Səməd oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Dövlət Ehtiyatları Agentliyinin direktoru təyin edilsin".