Şərur rayonunun Çərçiboğan kəndində kompleks quruculuq işləri görülüb

2022-01-17 / 11:52:42

Naxçıvan Muxtar Respublikasındakı sabitlik və tərəqqi ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının tərkib hissəsidir. Müstəqillik illərində əhalinin rahat yaşayışının təmin olunması və insan amilinə verilən dəyərin nəticəsidir ki, quruculuq işləri ilbəil genişlənir. Ulu öndərin siyasətinin uğurla davam etdirilməsi qədim diyarı inkişafının yeni mərhələsinə yüksəltmiş, həyata keçirilən quruculuq işləri bütün yaşayış məntəqələrini əhatə etmişdir. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi: “Naxçıvanlıların fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq prosesləri gedir”.


Şərur rayonunun Çərçiboğan kəndi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Kənddə geniş quruculuq işləri aparılmış, yol yenidən qurulmuş, ümumtəhsil və uşaq musiqi məktəbləri üçün yeni binalar, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilmişdir.

Videoya bu linkdən baxa bilərsiniz:

https://www.youtube.com/watch?v=0jILUVbmBzY