Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfərəri

2021-10-27 / 10:26:03

Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib, Türkiyə Prezidentini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb. Həmin gün Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. Daha sonra dövlət başçıları söhbət ediblər. Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın oktyabrın 26-da Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğan ilə təkbətək görüşü olub. Oktyabrın 26-da dövlət rəsmiləri Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar. Azərbaycan Respublikasının və Türkiyə Respublikasının prezidentləri oktyabrın 26-da Zəngilan rayonunda “Dost Aqropark”ın, Zəngəzur dəhlizinin-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 26-da başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yola salıb.