Ali Məclisin Sədri müəllimləri təltif edib - SƏRƏNCAM

2021-10-05 / 14:18:01

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 4-də “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:

Ağayeva Ərus Mircəlil qızına

Quliyev Vidadi Əşrəf oğluna

Quliyeva İnarə Fəxrəddin qızına

Məmmədova Elnarə İslam qızına – “Əməkdar müəllim” fəxri adı verilsin".