Naxçıvandan olan tələbələr Prezident təqaüdünə layiq görülüblər - SƏRƏNCAM

2021-09-30 / 12:06:13

Prezident İlham Əliyev sentyabrın 29-da 2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin məzunları da var.

Prezidentin Sərəncamı ilə Novruzova İlhamə Natiq qızı, Həsənli Oğuz Malik oğlu və Məsmalıyev Sərcan Şahin oğlu Prezident təqaüdünə layiq görülüblər.