Ali Məclisin Sədri Fərman imzaladı

2021-09-03 / 10:12:58

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 2-də “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidmətinin və Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsin

in əsasında “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi yaradılsın.

2. “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".