Ordubad rayonunda kompleks quruculuq işləri aparılır

2021-07-14 / 10:30:51

1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanda bütün sahələrdə böyük uğurlar qazanılıb, ölkənin gələcək müstəqilliyinin təməli qoyulub.

  Ulu öndərin əsasını qoyduğu sürətli sosial-iqtisadi inkişaf xətti bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Hər il dahi şəxsiyyətin siyasi xəttinin bəhrəsi olan yeni inzibati binalar, istehsal sahələri və sosial obyektlər istifadəyə verilir, muxtar respublikamızın bütün bölgələri inkişafın yeni mərhələsinə qovuşur. Görülən işlərin davamı olaraq ulu öndərin "Azərbaycanın incisi" adlandırdığı Ordubad rayonunun Vələver, Dırnıs, Kələki, Unus və Pəzməri kəndlərində kompleks quruculuq tədbirləri həyata keçirilir.