Azərbaycanda Vətən Müharibəsi qəhrəmanları gəlir vergisindən azad edilib

2021-07-13 / 10:13:45

Prezident İlham Əliyev Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunları təsdiqləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda Vətən Müharibəsi qəhrəmanları gəlir vergisindən azad edilib.

Bunun üçün gəlir vergisindən azad edilmiş şəxslərin siyahısına Vətən Müharibəsi qəhrəmanları da əlavə olunub.