Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşı təltif edildi - SƏRƏNCAM

2021-07-09 / 10:23:44

Prezident İlham Əliyev iyulun 8-də "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif olunanlar arasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşı da vardır.

Prezidentin Sərəncamı ilə Məmmədov Eldar Həsən oğlu “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, Məmmədov Eldar Həsən oğlu Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə təltif edilib.