Səhiyyə Nazirliyinin kollegiya iclası keçirilib

Aprelin 29-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib.

Səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açıb, aprel ayı ərzində görülən işlərdən, qazanılan uğurlardan danışıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru  Zeynəb Mustafayeva muxtar respublikada COVİD-19 virusunun müayinəsi, müalicəsi və profilaktikası, nazirliyin Tibbi  Statistika və İnformatika sektorunun müdiri Kəmalə Həsənova Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələri tərəfindən təqdim olunan illik arayışların dürüstlüyü barədə  məruzə ediblər.

Hər iki məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı qəbul olunub. Sonra bir sıra məsələlər barədə məlumatlar dinlənilib.

Səhiyyə naziri Niyazi Novruzov bir sıra tapşırıqlar verib, müzakirə olunan məsələlərlə bağlı may ayında daha yüksək nəticələrə nail olacaqlarına əminliyini ifadə edib, bu sahədə səhiyyə işçilərinə uğurlar arzulayıb.

  Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin mətbuat xidməti