Səhiyyə Nazirliyinin fevral kollegiyası keçirilib

Fevralın 25-də  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib.

Səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açıb, fevral ayı ərzində görülən işlərdən, qazanılan uğurlardan danışıb. Nazir bildirib ki, fevral ayında Ali Məclis Sədrinin sərəncamı ilə ,,Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı”nın təqdimatı olmuşdur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat mərkəzindən Covid-19 virusuna qarşı Sinovac vaksini və Pfizer vaksini gətirilmişdir.

Niyazi Novruzov ay ərzində görülən digər işlər barədə də məlumat verib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva muxtar respublikada icbari tibbi sığorta əsasında əhaliyə göstərilən səhiyyə xidmətinin vəziyyəti, mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi Hüseyn Əsgərov 2021-ci ildə səhiyyə maarifinə işi və mətbuat xidmətinin fəaliyyəti  haqqında məruzə ediblər.

Hər iki məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı qəbul olunub. Sonra bir sıra məsələlər barədə məlumatlar dinlənilib.

Səhiyyə naziri Niyazi Novruzov bir sıra tapşırıqlar verib, müzakirə olunan məsələlərlə bağlı mart ayında daha yüksək nəticələrə nail olacaqlarına əminliyini ifadə edib, bu sahədə səhiyyə işçilərinə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin mətbuat xidməti