Səhiyyə nazirliyində ötən ilin yekunları müzakirə olunub

 Yanvarın 21-də  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2021-ci il ərzində görülən işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. İclasda çıxış edən nazir Niyazi Novruzov bildirib ki, 2021-ci ildə muxtar respublikada bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunmuş, daxili imkanlardan səmərəli istifadə edilmiş, müdafiə, ərzaq və enerji təhlükəsizliyinə diqqət artırılmış, sosial layihələrin, o cümlədən səhiyyə xidmətinin  əhatə dairəsi genişləndirilmişdir.

Xəbər tam mətn:

         

 Yanvarın 21-də  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2021-ci il ərzində görülən işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. İclasda çıxış edən nazir Niyazi Novruzov bildirib ki, 2021-ci ildə muxtar respublikada bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunmuş, daxili imkanlardan səmərəli istifadə edilmiş, müdafiə, ərzaq və enerji təhlükəsizliyinə diqqət artırılmış, sosial layihələrin, o cümlədən səhiyyə xidmətinin  əhatə dairəsi genişləndirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında qeyd edildiyi kimi, ötən dövrdə muxtar respublikada əhalinin sağlamlığının etibarlı təmin olunması məqsədilə tədbirlər həyata keçirilmiş, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, Modul Tipli Xəstəxana, Ordubad Rayon Uşaq Xəstəxanası, Şərur, Culfa və Şahbuz rayonlarının gigiyena və epidemiologiya şöbələri, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs, Yuxarı Əndəmic və Dırnıs kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Dərvişlər, Ordubad rayonunun Vələver, Babək rayonunun Araz və Göynük kəndlərində feldşer-mama məntəqələri istifadəyə verilmiş, muxtar respublikanın səhiyyə müəssisələrinə 17 təcili tibbi yardım avtomobili təqdim olunmuş, Şərur rayonunun Çərçiboğan kəndində həkim ambulatoriyasının tikintisi davam etdirilmişdir.

         

Diqqətə çatdırılıb ki, icbari tibbi sığortanın tətbiqi əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətini daha da artırmışdır. 2021-ci ildə Cəhri və Nehrəm qəsəbə, eləcə də Aralıq kənd sahə xəstəxanalarında da icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. Hazırda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 21 tibb müəssisəsi icbari tibbi sığortanın tətbiqində iştirak edir. 2021-ci ildə muxtar respublikada 219 minə yaxın sakin icbari tibbi sığortadan yararlanmışdır.

       Dezinfeksiya işlərinin daha da yaxşılaşdırılması üçün gigiyena və epidemiyoloji xidmətə 9 maşın verilmişdir. Darıdağ Arsenli Su Müalicəxanasının tikintisi davam etdirilmişdir.

       Hesabat dövründə səhiyyə sisteminin yenidən qurulması, infrastrukturunun yenilənməsi, səhiyyə müəssisələrinin müasir avadanlıqlarla təchiz olunması, kadr hazırlığı, yoluxucu xəstəliklərin profilaktikası və əks-epidemik tədbirlərin aparılması daima diqqət mərkəzində saxlanılmış, insanların sağlamlığının qorunması və pandemiya ilə mübarizə sahəsində ardıcıl tədbirlər görülmüşdür.

       Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarət olduğunu qeyd edən səhiyyə naziri vurğulayıb ki, muxtar respublika rəhbərinin Ulu Öndərin müəyyənləşdirdiyi yolu uğurla davam etdirməsi səhiyyə sisteminin də inkişafına səbəb olub. Bu gün muxtar respublikada ən müasir səhiyyə infrastrukturu yaradılıb. Son illər tikilərək və ya yenidən qurularaq istifadəyə verilən müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxanalar, həkim ambulatoriyaları insan amilinə verilən dəyərin əyani ifadəsidir.

         Muxtar respublikanın səhiyyə sistemində aparılan quruculuq işlərinin və islahatların əhatə dairəsi xeyli genişlənib. Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında 2019-cu il 18 mart tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı icbari tibbi sığortanın tətbiqi və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

      Bu gün respublika əhəmiyyətli xəstəxanalar, rayon mərkəzi xəstəxanaları, qəsəbə və kənd sahə xəstəxanalarının hamısı publik hüquqi şəxs statusu almış, icbari tibbi sığortada iştirak edən işçilərin əmək haqları 50% artırılmışdır.

      Qeyd olunub ki, uşaqların sağlamlığının qorunması sahəsində də işlərin həcmi və keyfiyyəti artıb. Ali Məclis Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramının icrası ilə uşaqların sağlamlığının qorunması sahəsində uşaqlara göstərilən tibbi xidmət səviyyəsinin yüksəldilməsi, icbari dispanserizasiyanın aparılması və uşaq ölümünün azaldılması istiqamətində uğurlu nəticələr əldə edilib.

      Həkim ambulatoriyaları, feldşer-mama məntəqələri, Şərur və Ordubad rayon uşaq xəstəxanalarının yaradılması, binalarının müasir üslubda yenidən qurulması, müasir avadanlıqlarla təchiz edilməsi bu Dövlət Proqramının icrası istiqamətində görülən işlərdəndir.

      Səhiyyə müəssisələri tərəfindən Dölət Proqramları ilə əhatə olunmuş xəstələrə müayinə, müalicə və dərman təchizatı sahəsində keyfiyyətli xidmət göstərilməsi işi daim nəzarətdə saxlanılıb.

      Bu gün muxtar respublikada 120 xroniki böyrək çatışmazlığı ilə hemodializ seansı alan xəstələr, 60 dağınıq skleroz, 6 qaraciyər köçürülən, 27 böyrək köçürülmüş, 73 hemofiliya, 36 talassemiya, 442 vərəm, 440 onkoloji xəstələr və imtiyazlı qrup xəstələr daima yüksək qayğı ilə əhatə olunmuş və vaxtlı-vaxtında dərman preparatları və tibbi xidmətlərlə təmin edilirlər. Həyata keçirilən tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünə nəzarət vasitələri ilə təminatı xeyli yaxşılaşmışdır. Strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına da xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait Mərkəzi Qan Bankının fəaliyyətinə geniş imkanlar açıb.

     Niyazi Novruzov çıxışının davamında bildirib ki, muxtar respublikada Dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək, ucqar dağ kəndlərində və yaylaqlarda əhaliyə yüksük ixtisaslı səhiyyə xidməti göstərmək məqsədi ilə yaradılmış həkim briqadaları tərəfindən yerlərdə müayinə, müalicə işləri aparılır. Təhsil işçiləri arasında süd vəzi xərçənginin vaxtında aşkarlanması üçün profilaktik kütləvi müayinələr, qadınlar arasında xərçəngönü xəstəliklərin aşkarlanması, ilkin vərəm xəstəliyinin təyini məqsədilə kiçik yaşlı uşaqlar arasında tuberkulin test sınaqları, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafik müayinələr, məktəb yaşlı uşaqların kütləvi profilaktik müayinələri davam etdirilir.

        2021-ci ildə muxtar respublikada gigiyena və epidemioloji xidmətin yeni müasir infrastrukturda qurulması başa çatdırılmış, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ən müasir laboratoriya və iş otaqları, müasir tibbi avadanlıqlarla təchiz edilmiş, onun Şahbuz, Şərur, Culfa şöbələri ehtiyac olan müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilmişdir.

   Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar laboratoriyasında 3 PZR cihazı və immunoqlobulin testləri aparmaq üçün İFA quraşdırılmışdır.

    Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə dezinfeksiya, dezinseksiya, larviolla delarvasiya tədbirlər intensiv olaraq davam etdirilmiş, hepatit B və C virus infeksiyaları, COVİD-19 pandemiyasının qarşısının alınması məqsədilə əks-epidemik tədbirlər ardıcıllıqla davam etdirilir. Peyvəndləmə işi daima nəzarətdə saxlanılır. Nigaha girənlərin öncədən tibbi müayinələrdən keçirilməsi, Hepatit, QİÇS və digər yoluxucu xəstəliklərə görə müayinələr davam etdirilir. Elə görülən bu işlərin nəticəsidir ki, muxtar respublikada kəskin və təhlükəli yoluxucu xəstəliklər aşkar edilmir.

     Niyazi Novruzov səhiyyə turizmi də diqqətdə saxlanıldığını, Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanasının muxtar respublikanın ümumi  turizm potensialının mühüm bir hissəsini təşkil etdiyini bildirərək deyib ki, bu sahədə Duzdağ Fizioterapiya Mərkəzinin önəmli yeri vardır. Mərkəzdə ölkəmizin və bir çox xarici ölkələrin vətəndaşları müalicə olunurlar. Azərbaycanın rayonlarından əlillərin sanator müalicə alması üçün həmin müəssisələrə göndərilməsi keçən il də davam etdirilmişdir.  

          Səhiyyə müəssisələrində tibbi kadrlara olan tələbatın ödənilməsi sahəsində tədbirlər davam etdirilir. Naxçıvan Dövlət Universitenin tibb fakültəsində, Tibb Kollecində ixtisasların sayının artırılması, tələbələrin tibb müəssisələrinə hamiliyə verilməsi, xarici ölkələrdə təlimlərin təşkili, konfransların, seminarların keçirilməsi, ixtisasartırma kurslarının təşkili səhiyyə müəssisələrində ixtisaslı tibbi kadrlarla təminata imkan verir.

          Hazırda muxtar respublikanın səhiyyə müəssisələrində hər ay minlərlə insan ambulator və stasionar müalicə olunur. Yerli kadrlar tərəfindən müstəqil şəkildə bir çox mürəkkəb cərrahiyyə əməliyyatların aparılmasına nail olunub. Mövcud kadrların ixtisaslarını artırmaq üçün müxtəlif həkim briqadaları Naxçıvana dəvət edilmiş və yerli kadrlarla birgə müayinə və müalicələrin aparılmasında iştirakı ardıcıl təmin olunmuşdur.

       Müalicə profilaktika işinin təşkili sahəsində görülən tədbirlər tibbi xidmət keyfiyyətinin  və əhatəliliyinin artmasına və eləcə də demoqrafik vəziyyətə müsbət təsir göstərmişdir. Belə ki 2021-ci ildə 4 min 14 uşaq doğulmuş, 2 min 843 ölüm halları qeydə alınmış, təbii artım 1170 nəfər, doğum göstəricisi 8,7 , ölüm göstəricisi 6,1, 1 yaşa qədər uşaq ölümü 2,2  promilli  təşkil etmişdir.

        Səhiyyə naziri əmin olduğunu bildirib ki, bütün tibb işçiləri Ali Məclis Sədrinin tapşırıq və tövsiyələrini əldə əsas tutaraq, əhalimizin sağlamlığı naminə əzmkarlıqla və nöqsansız işləyəcək, 2022-ci və sonrakı illərdə daha yüksək nəticələrə nail olacaqlar.

Niyazi Novruzov bu yolda səhiyyə işçilərinə uğurlar arzulayıb.

           Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

        Səhiyyə Nazirinin müavinləri Samrat Gəncəyeva 2021-ci ildə icbari tibbi sığorta şərtəri  daxilində səhiyyə müəəsissələri tərəfindən  əhaliyə  göstərilən tibbi xidmətinZeynəb Mustafayeva gigiyena və epidemioloji xidmət tərfindən muxtar respublikada  aparılmış sanitar-gigiyenik  tədbirlərin, Nazirliyin Statistika və İnformatika sektorunun müdiri Kəmalə Həsənova muxtar respublikada səhiyyə müəssisələri tərəfindən  2021-ci  ildə əhaliyə göstərilən tibbi xidmətin, Kəngərli Rayon Mərkəzi  Xəstəxanasının baş həkimi Xəyalə Quliyeva Kəngərli rayonunda  2021-ci ildə əhaliyyə göstərilən tibbi xidmətin  yekunları  və qarşıda duran vəzifələr  haqqında məruzə ediblər.

Ümumi işlər sektorunun müdiri Sərxan Əkbərov Səhiyyə nazirliində  2021-ci ildə  vətəndaşların şikayət və ərizələrinə  baxılma vəziyyəti haqqında məlumat verib.

Kollegiyada Süleyman Cəfərovun  “Daxili xəstəliklər” dərs  vəsaitinin birinci cildinin əhəmiyyəti nəzərə alınaraq nəşrinə  razlılıq verilib.

Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. 2022-ci ilin iş planı təsdiq edilib.

 

 Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti