Səhiyyə nazirliyində aprel ayının kollegiya ilcası keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində tibb müəssisələri tərəfindən təqdim olunan illik hesabatların dürüstlüyü və səhiyyə müəssisələrində icbari tibbi sığorta əsasında səhiyyə xidmətinin icra vəziyyəti barədə kollegiya iclası keçirilib.

Səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açıb, aprel ayı ərzində görülən işlərdən, qazanılan uğurlardan danışıb, yol verilmiş nöqsanları ciddi şəkildə tənqid edib, onların qısa müddətdə aradan qaldırılmasını   tələb edib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika Sektorunun müdiri Kəmalə Həsənova tibb müəssisələri tərəfindən təqdim olunan illik hesabatların dürüstlüyü,nazir müavini Samrat Gəncəyeva səhiyyə müəssisələrində icbari tibbi sığorta əsasında səhiyyə xidmətinin icra vəziyyəti barədə məruzə ediblər.

Hər iki məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı qəbul olunub.

Sonra Şərur RMX-nın laboratoriya şöbəsində yoxlamanın nəticəsi, TSEK-ə göndərişlərdə yol verilən nöqsanlar barədə məlumatlar dinlənilib.

Səhiyyə naziri Niyazi Novruzov bir sıra tapşırıqlar verib, müzakirə olunan məsələlərlə bağlı may ayında daha yüksək nəticələrə nail olacaqlarına əminliyini ifadə edib, bu sahədə səhiyyə işçilərinə uğurlar arzulayıb.

                                                                                                                       Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin mətbuat xidməti