Səhiyyə nazirliyində kollegiya ilcası keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Hepatit B,C və qanla keçən infeksiyaların müayinə , müalicə və profilaktikası, 2020-ci ildə səhiyyə maarifi  və mətbuat xidmətinin fəaliyyəti ilə əlaqədar kollegiya iclası keçirilib.

Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası ərazisində Hepatit B və C virus infeksiyalarının qarşısının alınması tədbirlərinin genişləndirilməsi məqsədilə 27 dekabr 2016-cı il tarixdə keçirilmiş müşavirədə Ali Məclis Sədrinin tapşırıqlarının icrası məqsədilə işlər bu gün də ardıcıllıqla aparılır.

Bunun nəticəsidir ki, yoluxucu xəstəliklərin kökü demək olar ki, kəsilib. Əhali arasında geniş səhiyyə maarifi işləri aparılmaqla, müxtəlif yaş qruplarının dispanserizasiya tədbirləri ardıcıl davam etdirilir.   

                                   

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin  müavini Zeynab Mənsumova Hepatit B,C və qanla keçən infeksiyaların müayinə , müalicə və profilaktikası barədə məruzə edib.  Məruzəçi xəstələrin aşkar edilməsi tədbirləri, 2020-ci ildə Yoluxucu Xəstəliklər Mərkəzinin  QİÇS-lə Mübarizə və Profilaktika şöbəsində   aparılan qan nümunələri,  Mərkəz tərəfindən aşkar olunan ilkin hepatitli  xəstələrin sayı, xəstələrin müalicə və dispanserizasiyası, 2020-ci ilin sonuna qeydiyyatda duran xəstələrin bölgələr üzrə  sayı, GEM-lər tərəfindən görülən işlər,xəstəliyin profilaktikası haqqında məlumat verib.

Muxtar respublikada Hepatit  B, C və qanla keçən virus  xəstələrin  müayinəsi, müalicəsi və profilaktikası tədbirlərinin daha da yaxşılaşdırılması haqqında” Naxçıvan Muxtar Respublikası  Səhiyyə Nazirliyinin Kollegiyasının  qərarı qəbul olunub.

Sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat və ictamayyətlə əlaqələr üzrə baş məsləhətçisi Hüseyn Əsgərovun Muxtar respublikada 2020-ci ildə səhiyyə maarifi  və mətbuat xidmətinin fəaliyyəti  haqqında  məruzəsi dinlənilib. Qeyd eilib ki, mətbuat xidməti təmsil etdiyi təşkilatla ictimaiyyət arasında qarşılıqlı anlaşma, mehriban, xoş münasibətlərin qurulması və saxlanılmasına yönəlmiş bir qurum kimi təşkilatla ictimaiyyət arasında körpü rolunu oynayır və təbliğat, təşviqat, maarifçilik fünksiyalarını yerinə yetirir. Bu baxımdan ötənilki fəaliyyətimizdə səhiyyə maarifi prioritet istiqamət təşkil edib.

Məruzəçi ötən il görülən işlər barədə danışıb. Bununla yanaşı, müəyyən çatışmazlıqlar barədə də məlumat verib. Qeyd edib ki, bəzi tibb müəssisələri keçirdikləri tədbirlər, gördüyü işlər barədə mətbuat xidmətinə məlumat vermirlər. Nazirliyin sektorlarından yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə aparılan dezinfeksiya və dezinseksiya tədbirləri, müxtəlif yaş qruplarının dispanserizasiyası, hepatit B və C virus infeksiyalarının qarşısının alınması, muxtar respublikada həyata keçirilən səhiyyə proqramlarının icrası, COVİD-19-a qarşı mübarizə tədbirləri, ana və uşaqların mühafizəsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması istiqamətində görülən işlərlə bağlı sorğulara cavab verəcək məsul şəxslər məlumatsızdırlar, və ya informasiya vermək qabiliyyətində deyillər. Yaxud informasiyanı günlərlə yubadır,  son məqamda isə bir-iki statistik rəqəmlə, yaxud cədvəllə kifayətlənirlər ki, o da mətbuat üçün operativliyini itirir. İnformasiyaların cavabdeh şəxsdən alınmaması isə onun dürüstlüyünə şübhə yaradır.

Ötən ilin təhlilləri göstərir ki, bir sıra rayon mərkəzi və kənd sahə xəstəxanaları ilə yerli qəzetlər arasında qarşılıqlı əlaqələr zəifdir. Rayon qəzetlərində mütəmadi olaraq iqtisadiyyat, təhsil, mədəniyyət, idman mövzuları öz əksini tapsa da, xəstəxanaların fəaliyyətləri barədə il ərzində bir xəbər belə yoxdur. Qəzet redaksiyalarının müraciətləri isə müsbət cavablandırılmır, onlara maraq göstərilmir.

Sonra  muxtar respublikada səhiyyə maarifini və nazirliyin mətbuat xidmətinin fəaliyyətinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq qərar qəbul edilib. Qərarın mətni ilə nazirliyin saytının Qərarlar” bölməsində tanış ola bilərsiniz.

Səhiyyə naziri Niyazi Novruzov bir sıra tapşırıqlar verib, müzakirə olunan məsələlərlə bağlı 2021-ci ildə daha yüksək nəticələrə nail olacaqlarına əminliyini ifadə edib, bu sahədə səhiyyə işçilərinə uğurlar arzulayıb.

                                                              Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin mətbuat xidməti