Səhiyyə Nazirliyinin kollegiya iclası keçirib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi noyabrın 29-da kollegiya iclası keçirilib.

Kollegiyada “Muxtar Respublikada əhaliyə göstərilən endokrinoloji tibbi xidmətin daha da yaxşılaşdırılması haqqında” məsələ müzakirə olunub.

 

 

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Ümumi işlər sektorunun baş məsləhətçisi Məhsəti Allahyarova çıxış edib. Bildirilib ki, muxtar respublikada əhaliyə endokrinoloji xidmət Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Endokrinoloji xəstəliklər şöbəsi, Rayon Mərkəzi Xəstəxanalarının və Mərkəzi Uşaq Xəstəxanasının poliklinika şöbələrində nəzərdə tutulmuş endokrinoloji kabinələr tərəfindən həyata keçirilir.

Endokrinoloji xəstəliklər şöbəsi əsaslı təmirindən sonra Respublika Xəstəxananın 4-cü mərtəbəsində yerləşib. Şöbə laborator və 5 həkim kabinəsi, diabet məktəbi otağı, 21 çarpayılıq 9 palata, mətbəxt, anbar və yardımçı otaqlardan ibarətdir. Şöbəyə həkim-endokrinoloq Dünyamalıyeva Aysel rəhbərlik edir. Həkim –endokrinoloqlar Həsənquliyeva Gülşən, Seyidov Mirkamal, İsmayılova Aysel, həkim-laborant Eyvazova İradə sertifikasiya imtahanından keçib, ixtisaslaşma kurslarında olublar.

Xəstəxananın poliklinika şöbəsində endokrinoloji xəstələrin müayinələri və digər profilaktik tədbirlər həyata keçirilir. Xəstəxanada endokrinoloji xəstələrin diaqnozlarının dəqiqləşdirilməsi üçün lazım olan laboratoriya şöbəsi, USM, rentgen, KT, MRT və digər müayinə kabinələri fəaliyyət göstərir. Ehtiyac olduqda xəstələr cərrah, kardioloq, uroloq, oftolmaloq və digər ixtisas həkimləri tərəfindən konsultasiya olunurlar. Aşkar edilən ilkin xəstələr qeydiyyata alınır, mualicə-profilaktika tədbirləri müəyyənləşdirilir. Rayonlarda yaşayan endokikrin xəstələrə qeydiyyata alınmaları üçün diaqnozları haqqında arayış verilir. Diabetli xəstələr pulsuz dərman, qlükometr və striptlə təchiz olunurlar.

2019-cu ilin ötən dövründə şöbəyə 24.997 müraciət olmuşdur. Onlardan 2.137 nəfəri xəstəliyə görə, 22.860 nəfər isə profilaktik müayinə ilə bağlı olub.

Naxçıvan şəhərində yaşayan diabet xəstələrinə 371 qlükometr və 3.298 test çubuğu paylanılıb.

Qeyd olunanları nəzərə alaraq əhaliyə göstərilən endokrinoloji tibbi xidmətin vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə Naxçıvan MR Səhiyyə Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Kollegiya əhaliyə göstərilən endokrinoloji tibbi xidmətin vəziyyəti ümumilikdəqənaətbəxş hesab edib. Əhaliyə göstərilən ambulator və stasionar endokrinoloji tibbi xidmət daha da yaxşılaşdırılsın, xəstələrin aşkar edilməsi, müayinə, müalicə və dispanserizasiya tədbirlərinin təlimata uyğun aparılsına, bütün endokrin xəstələrin hərtərəfli müayinə və müalicə tədbirlərinə, şəkərli diabet xəstələrin müntəzəm olaraq oftalmoloq, kardioloq, uroloq, cərrah və digər ixtisas həkimlər tərəfindən konsultasiyasına, şəkərli diabet xəstələrində fəsadların qarşısının alınması üçün bütün xəstələrin müayinə və müalicə tədbirləri kliniki protokllara uyğun həyata keçirilsinə, zoblu xəstələrdə vəzin USM-nin, ehtiyac olan hallarda isə punksiyasının yerli endokrinoloqlar tərəfindən icra olunmasına, müalicə tədbirlərinin düzgün təşkilinə nail olmaq, eləcə də yarana biləcək fəsadların qarşısının alınması üçün şəkərli diabet xəstələrində müalicə tədbirlərinin glükozalaşmış hemoqlobulin müayinəsinin nəticəsi əsasında qurulmasına, rayonlarda diabet məktəblərinin təşkili və onların fəaliyyətlərinə əməli köməklik göstərilməsinə və bu işlə məşğul olacaq tibbi kadrlar (tibb bacıları) hazırlansın və onların fəaliyyətinə, endokrinoloji xəstəliklərin diaqnostikası, müalicə və profilaktikası ilə bağlı konfrans və seminarların kecirilməsinə, əhali arasında xəstəliklər barədə səhiyyə-maarifi tədbirlərinin icrasına diqqətin və nəzarətin daha da gücləndirilməsi barədə tapşırıqlar verilib.

Rayon mərkəzi xəstəxamaları və Mərkəzi Uşaq Xəstəxanasının baş həkimlərinə tapşırilib ki, əhali arasında endokrin xəstələrin qeydiyyatı, dispanserizasiyası, müayinə və müalicə tədbirlərınin daha da yaxşılaşdırılmasına nəzarəti daha da gücləndirsinlər. Məktəblərdə kütləvi müayinə tədbirləri daha da artırılsın. Gizli endokrinoloji xəstələrin, xüsusən də şəkərli diabet, zob, piylənmə, fiziki inkşafdan qalma və s. erkən aşkar edilməsi üçün profilaktik müayinə tədbirlərinə üstünlük verilsin, məktəblərdə kütləvi müayinə tdbirləri daha da artırılsın.

Rayonlarda diabet məktəblərinin təşkili və onların fəaliyyətlərinə nail olunsun. Bu işlə məşğul olacaq tibbi kadrlar (tibb bacıları) hazırlansın və onların işinə ciddi nəzarət edilsin.

Dövlət və özəl tibb müəssisə rəhbərlərinə tapşırılıb ki, endokrinoloqun konsultasiyası olmadan zob xəstələrində əməliyyatlarinın aparılmasına icazə verilməsin.Yanaşı xəstlik kimi şəkərli diabetdən əziyyət çəkən xəstələrinin müayinə və müalicəsində endokikrinoloqun konsultasiyasından səmərəli istifadə olunmasına nəzarət daha da artırılsın.Diabet xəstələri arasında yaranmış fəsadların dəyərləndirməsi üçün tibb müəssiələrində dializ müalicəsi alan, aparılmış kicik və böyük amputasiya əməliyyatları, korluğa səbəb retinopatuiyalar və s. haqqında Naxçıvan Muxtar Respublikası Xəstəxanasına hər ay yazılı məlumat verilsin. Endokirinoloji xəstəliklərdən əziyyət çəkən hamilələrin və ginekoloji xəstələrin müayinə və müalicə tədbirləri endokrinoloqun konsultasiyası əsasında təşkilinə nəzarət daha da artırılsın.

Kollegiya iclasında digər məsələlər də müzakirə olunub və müvafiq qərar qəbul olunub.

Səhiyyə naziri Niyazi Novruzov qazanılmış uğurlarda əməyi olanlara minnətdarlığını bildirib, səhiyyə müəssisələrinin rəhbərlərinə konkret tapşırıqlar verib.

               Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti