Sədərəkdə dezinfeksiya və tibbi profilaktika tədbirləri davam edir

2020-04-03 / 11:57:24

Yaz və payız aylarında kəskin respirator virus infeksiyalarının artıb çoxalması üçün optimal şərait yaranır.

NUHÇIXAN xəbər verir ki, bunun qarşısını almaq məqsədilə Sədərək Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları rayonda dezinfeksiya işləri aparıblar. Epidemioloqlar bu dəfə rayonda yerləşən idarə, müəssisə və muzeylərdə bu işləri davam etdiriblər.