Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirilib

2020-04-03 / 11:50:29

Bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib.

Nazirlər Kabinetindən NUHÇIXAN-a bildirilib ki, iclasda xüsusi karantin rejiminin tətbiqi, daha konkret mexanizmlərlə tənzimlənməsi ilə bağlı məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.