Səhiyyə nazirliyində onkoloji tibbi xidmətin yaxşılaşdırılmasına dair kollegiya iclası keçirilib

2019-10-28 / 16:22:58

  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində əhaliyə göstərilən onkoloji tibbi xidmətin yaxşılaşdırılmasına dar kollegiya iclası keçirilib.

 

 

  Tədbiri giriş sözü ilə  açan səhiyyə naziri Niyazi Novruzov  bildirib ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafı istiqamətində kompleks tədbirlər aparılır, səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması əhalinin sağlamlığının qorunmasına xidmət edir. Bu gün Naxçıvanda digər xəstəliklərlə yanaşı, onkoloji xəstəliklərin də müalicəsi və profilaktikası diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri mütəmadi olaraq muxtar respublikanın bölgələrində profilaktik müayinələr aparırlar. Qadın işçilərinin süd vəzi xərçəngönü xəstəliklərinin aşkar edilməsi üçün kütləvi profilaktik tibbi müayinələrin keçirməsi də muxtar respublikada əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlərin tərkib hissəsidir. Naxçıvana dəvət olunan yüksəkixtisaslı onkoloq-həkimlər tərəfindən aparılan müayinə və uğurlu əməliyyatlar, keçirilən konfranslar onkologiya sahəsində çalışan həkim, tibb bacıları və bu istiqamətdə təhsil alan tələbələr üçün olduqca əhəmiyyətlidir. Belə tədbirlər əhalinin sağlamlığının qorunması ilə yanaşı, həm də  onkologiya sahəsində qazanılmış uğurları, müasir tibb texnologiyalarının nailiyyətlərindən istifadə imkanlarını yerli həkimlərlər  bölüşmək məqsədi daşıyır.

  Nazir onkoloji  mərkəzdə yaradılmış hərtərəfli şəraitdən  səmərəli istifadə edilməsi sahəsində müəyyən qüsurlara da yol verildiyini, xərçəngönü xəstəliklərinin aşkar edilməsi sahəsində səhiyyə maarifi işinin lazımi səviyyədə olmamasını da tənqid edib, bu sahədə təcili tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

 

 

  Sonra   nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov  Naxçıvan  Muxtar Respublikası   Onkoloji  Mərkəz tərəfindən cari ilin 9 ayı ərzində  əhaliyyə göstərilən tibbi xidmətin vəziyyəti haqqında məlumat verib. Qeyd olunub ki, bu gün onkoloji xəstəliklərin qarşısının alınması üçün ölkəmizdə, eləcə də muxtar respublikamızda məqsədyönlü tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası   Onkoloji  Mərkəzinin yeni binası 2009-cu ilin dekabr ayında istifadəyə verilmiş 3 mərtəbəli tam uyğunlaşdırılmış binada yerləşib. 30 çarpayılıq Mərkəzdə əhaliyə 8 həkim tərəfindən onkoloji xidmət göstərilir. Burada        mammoqrafiya, USM, rentgen,   ginekoloji, rentgen terapiya, labarotoriya, şüa müalicə kabinələri və cərrahi blokun  fəaliyyəti təmin edilib. Mərkəzdə bütün  avadanlıqlar  yeni  alınıb  və  müasir  standartlara  uyğundur.

   2019-cu ilin   9 ayı ərzində mərkəzin  poliklinka  şöbəsinə 3 min 43 gəliş  olub,  ilkin aşkar  olunma  xəstəlikləri sırasında ən çox süd vəzi, ağciyər,  mədə,  uşaqlıq  xərçəngi  təşkil edib. Xəstələrin müalicəsində kompleks, kombinə olunmuş və monoterapiyadan istifadə olunur. Stasionar xəstələrin 108 nəfərində komleks, 220 nəfərində kombinə olunmuş,  66  nəfərində isə monoterapiya müalicəsi  aparılıb.

  Qeyd olunanlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası   Səhiyyə Nazirliyi müvafiq qərar qəbul edib.   Qərarda    Naxçıvan Muxtar Respublikası   Onkoloji  Mərkəzi tərəfindən   əhaliyə göstərilən tibbi xidmətin  daha da yaxşılaşdırılması  məqsədilə            ambulator və stasionar onkolojin  tibbi xidmətin, profilaktiki müayinələrin, mamoqrafiya, rentgen, onko-ginekoloji, laborator müayinələrinin səmərəli təşkili sahəsində  müəyyən nöqsanlar qeyd olunub. Onkoloji  Mərkəzə əhaliyə göstərilən ambulator və stasionar onkoloji  tibbi xidmət göstəricilərinin daha da yaxşılaşdırılması barədə tədbirlər planı hazırlanması barədə tapşırıq verilib.  Xəstələrin erkən aşkar edilməsi, müainə, müalicə və dispanserizasiya  tədbirlərinə nəzarətin daha da  gücləndirilməsi, xəstələrin erkən aşkarlanma tədbirlərinin artırılması, muxtar respublikada daha çox rast gəlinən süd vəzi, ağciyər, uşaqlıq, prostat vəzi xərçənginin  erkən aşkar olunması  üçün  risk yaş qrupuna daxil olan əhali arasında kütləvi profilaktiki  müainə tədbirlərin  genişləndirilməsi zəruri hesab edilib.  Xəstələrin diaqnostikası üçün laborotor müaynə tədbirlərinin yaxşılaşdırılması, patohistoloji, citoloji və digər   müainə tədbirlərinin standartlara uyğun  aparılması, leykozların və digər hematoloji-onkoloji xəstələrin diaqnostikası ilə bağlı  tədbirlərinin daha da yaxşılaşdırılmasına  nəzarətin gücləndirilməsi, bütün onkoloji  xəstələrin  müainə və  müalicə tədbirlərinin  kliniki protokllara uyğun  həyata keçirilməsi qərarda öz əksini tapıb. Həmçinin  onkoloji xəstələrə cərrahi xidmətin yaxşılaşdırılması, onkoloji xəstəliklərin diaqnostikası, müalicə və  profilaktikası ilə bağlı əhali arasında  səhhiyyə-maarifi tədbirləri daha da artırılması, həkimlərin peşə və bacarıqlarının artırılması üçün  onların müntəzəm olaraq ixtisasları üzrə  təkmilləşmə kurslarına göndərilməsinə nəzarətin  gücləndirilməsi, onkologiyanın aktual problemlərinə aid  seminarların keçirilməsinə  nəzarətin artırılması barədə tapşırıqlar verilib.

  Həmçinin  ambulator və stasionar müalicə ilə məşğul olan tibb müəsissə rəhbərlərinə tapşırılıb ki, əməliiyat olunan xəstələrdə şişə şübhə olan bütün hallarda  patohistoloji müayinənin  aparılması həyata keçirilsin. Bu məqsədlə Onkoloji Mərkəzin laboratoriya şöbəsinin fəaliyyətindən səmərəli istifadə edilsin.

  Kollegiya iclasında Babək rayonunda uşaq əhalisi arasında qoruyucu peyvəndlərin icra  vəziyyəti haqqında məsələ də müzakirə edilib, müvafiq qərar qəbul olunub.

 

                               Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti