Respublika Klinik Xəstəxanasının tibbi aksiyası başa çatıb

2022-01-17 / 15:35:43

Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti tərəfindən yanvarın 12-dən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində  start götürən humanitar tibbi aksiyası başa çatıb.

3 günlük humanitar aksiyaya çərçivəsində 14 nəfərlik yüksəkixtisaslı heyət yerli tibbi kadrlarla birlikdə muxtar respublika sakinlərinə, o cümlədən şəhid ailələrinə və qazilərə təmənnasız tibbi xidmət göstərib. Aksiya çərçivəsində 1724 nəfərdə 3 min 218 müayinə aparılıb. 82 cərrahiyyə əməliyyatına cəlb olunub. Onlardan 37-si göz, 17-si isə sünnət əməliyyatıdır.

Müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Səhhətində problem aşkar olunanlara ilkin diaqnoz qoyulub, müalicə təyin edilib, tibbi məsləhətlər verilib.