Yanvarın 10-dan 14-dək koronavirusa qarşı 224 min 27 doza peyvənd vurulub

2022-01-17 / 12:24:31

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir. Vaksinasiya proqramının məqsədi COVİD-19 əleyhinə kütləvi immuniteti inkişaf etdirərək insanları mümkün qədər virus xəstəliyindən qorunmasını həyata keçirməkdir.

Yanvarın 10-dan 14-dək muxtar respublikada xüsusi işçi qrupu tərəfindən I doza 113647, II doza 104069, III SİNOVAC doza 2239, SİNOVAC IV doza 21, Pfizer I doza 2, Pfizer 2 II doza, Pfizer III doza 4029, Pfizer IV doza 18 olmaqla 224 min 27 doza peyvənd vurulub

Vaksinasiyada heç bir narahatlıq müşahidə olunmayıb.