Respublika Klinik Xəstəxanası Naxçıvanda növbəti tibbi aksiya keçirir

2022-01-14 / 11:48:44

Muxtar respublikamızın bütün bölgələrində səhiyyə müəssisələrinin ən müasir tələblər əsasında qurulması və zəngin maddi-texniki təminat əhalinin sağlamlığının qorunmasına ilə yanaşı, həm də humanitar tibbi aksiyaların təşkilinə şərait yaradır. Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti növbəti dəfə muxtar respublikada yerli kadrlarla birgə humanitar tibbi aksiya təşkil edilib. Aksiyaya bu gün Naxçıvan Diaqnostika-Mərkəzində    

start verilib. 

 Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir: https://nuhcixan.az/news/cemiyyet/58191-respublika-klinik-xestexanasi-naxcivanda-novbeti-tibbi-aksiya-kecirir