Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsnin 2021-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair məlumatından:

2021-10-21 / 10:47:41

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsnin 2021-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair məlumatından: Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, modul tipli xəstəxananın, Şərur və Şahbuz Rayon Gigiyena və Epidemiologiya şöbələrinin, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində həkim ambulatoriyası binalarının, Babək rayonunun Araz kəndində feldşer-mama məntəqəsinin tikintisi, Ordubad Rayon Uşaq Xəstəxanası binasının yenidən qurulması başa çatdırılmışdır. Dezinfeksiya tədbirlərinin daha keyfiyyətlə aparılması məqsədilə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə və onun rayon şöbələrinə, ümumilikdə, 9 avtomobil verilmişdir. Şərur rayonunun Çərçiboğan, Ordubad rayonunun Dırnıs kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin binasının yenidən qurulması davam etdirilir. Muxtar respublikada əhaliyə göstərilən tibbi sığorta xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə DövlətAgentliyinin inzibati binasının tikintisi davam etdirilir. Sosial layihələr çərçivəsində 2021-ci ilin yanvar-sentyabr aylarında yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 193 cərrahi əməliyyat aparılmışdır.