Mobil telefonların, kompüterlərin,Wi Fi-larin orqanizmə təsiri

2021-10-20 / 10:46:52

Bu gün biz texnologiya dünyasında yaşayırıq.Demək olar ki,hər birimiz    istər işdə, istərsədə istirahətimizdə müasir mediadan istifadə etməkdən məmnunuq. Müasir mediadan istifadə etməyən insanlara bu gün geridə qalmış kimi baxılır.Hər yerdə əhali daha sürətli internet və mobil  telefonlardan istifadə etmək istəyir. Lakin bunlardan qeyri-düzgün,ifrat dərəcədə istifadə etdikdə yaşdan asılı olmayaraq,müəyyən zərərli təsirlərin meydana çıxması barədə ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) xeyli tədqiqatlar aparmışdır.

 Qeyd etmək lazımdır ki, bu gün uşaqlar və gənclərin həyatında kompüter və mobil telefonların xüsusi yeri və əhəmiyyəti vardır, çünki onların intelektual inkişafında, dünya görüşünün formalaşmasında bu cihazlar böyük rol oynayır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, müasir mediadan-kompüter və mobil telefonlardan uşaqlar və gənclər daha çox istifadə edirlər. Belə ki, saatlarla müxtəlif sosial şəbəkələrdə, kompüter zallarında oyunlar oynayır, votsap yazışmaları edirlər ki, buda onların səhhətinə pis təsir edərək, onlarda beynin tez yorulmasına, baş ağrılarına, onurğa problemlərinə, yaddaşın zəifləməsinə, əsəbiliyə səbəb olur.

 Ümumdünya Səhiyyə Təşkilatının risklərlə bağlı tədqiqatlarına görə mobil telefonlardan, kompüterlərdən çox istifadə ilə xərçəng xəstəliyinin yaranma səbəblərindən biri olan oksidativ stres arasında sıx əlaqə vardır.

Başqa bir tədqiqatla aydın olmuşdur ki, dizüstü kompüter (Leptop)  və Tablet-lərdən ifrat istifadə edən şəxslərdə depressiyalar, yuxu və konsentrasiya pozulmaları, əzələ gərginliyi və s.əlamətlər aşkar olunmuşdur.

    Qadınlar üzərində aparılmış tədqiqatlar göstərmişdir ki, mobil telefonlardan çox istifadə, WiFi-ların təsiri  reproduktiv problemlərə səbəb olur. Məsələn elektromaqnit dalğalarının uşaqlığa təsirindən astmalı uşaqların doğulma riskinin 3 dəfə artması müşahidə olmuşdur.

Çox saylı tədqiqatlardan aydın olur ki, elektromaqnit dalğalarının təsirindən ən çox gənc orqanizm zədələnir. Uşaqlarda sinir sisteminin zədələnməsi nəticəsində yuxu pozulmaları, müxtəlif şişlər, hormonal pozğunluqlar, immun sistemin zəifləməsi, diqqətsizlik, yaddaşın zəifləməsi, hiperaktivlik kimi hallara rast gəlmək olur.

     Bütün bunlardan nəticə çıxararaq çalışmaq lazımdır ki, mobil telefonlardan, kompüterlərdən minimum istifadə edilsin.Xüsusən uşaqlara, gənclərə valideynlərin,məktəb psixoloqlarının nəzarəti olmalıdır.Yalnız müəyyən, ayrılmış vaxtda onlararın istifadəsinə icazə verilməlidir.

 

                                                                                       İbrahim Ağayev

                                        Azərbaycan Respublikasının Əməkdar həkimi