Siqaret - ÖLÜM kabusu

2021-10-14 / 10:13:24

Dünya səhiyyə təşkilatları və institutlarının həyəcan təbili çalmalarına və siqaret istehsalına qoyulan müxtəlif qadağalara rəğmən bəlalı nikotin dumanı insanların başı üzərindən hələ də çəkilmir.

Siqaretə aludə olanlar gələcəkdə hansı faciələrlə üzləşəcəklərini vaxtındə dərk etsələr, bu ÖLÜM kabusundan tezliklə xilas olarlar.

Əlbəttə, burada ictimai qınağın olması da vacibdir. KİV bu istiqamətdə xüsusi maarifləndirici rol oynamalıdır. Məsələ burasındadır ki, siqaret sağalmaz xəstəliklər yaradır. Ümumilikdə siqaret vərəm, ürək-damar, immun çatışmazlığı, cinsi zəiflik və xərçəng kimi sağalmaz xəstəliklərin yaranmasına səbəb olur. Əgər bunun qarşısı alınmazsa, həmin xəstəliklərə yoluxanların sayı artmaqda davam edəcək. Bununla bağlı ciddi və təxirəsalınmaz tədbirlər görülməlidir. Söhbət millətin sağlam gələcəyindən gedirsə, hamı həmrəylik nümayiş etdirməlidir. Vətəndaşlarımızın boz duman udmasına qəti yol vermək olmaz, çünki gələcək nəslin sağlam inkişafına hamımız cavabdehik.