“Naxçıvanpoçt”un əməkdaşlarına ikinci doza peyvənd vurulub

2021-10-13 / 10:39:09

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq bu il feval ayından etibarən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının vaksinasiyası həyata keçirilir.

Növbəti mərhələdəNaxçıvanpoçt” əməkdaşlarına II doza peyvənd vurulub. Vaksinasiya tədbirlərinin aparılması üçün xüsusi peyvənd otağı yaradılaraq zəruri avadanlıqlarla təchiz

 edilib.

vaksinasiyaya cəlb edilən əməkdaşlara təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini vurulub və heç bir narahatlıq müşahidə olunmayıb.                    

Qeyd edək ki, vaksin qəbul edildikdən sonra orqanizmin immunitet sistemi virusu tanıyır və COVİD-19 virusuna qarşı mübarizə aparan anticisimlər yaranır.

Naxçıvan Muxtar Respublikas  Səhiyyə Nazirliyinin
mətbuat xidməti

Video üçün tıkla:

https://www.youtube.com/watch?v=ufHjC_yIbak